Emin Musayev cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə və xalqımıza sədaqət nümunəsidir!

1198
Emin Musayev cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə və xalqımıza sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi Emin Musayevdir.

Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi Emin Musayev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazovun etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi Emin Musayev yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanır. Tam məsuliyyətimizlə deyirik ki, Goranboyda kiminsə haqqına toxunmaq kiminsə düşüncəsində belə özünə yer tapa bilməz. Bunun nəticəsidir ki, uzun illər durğun vəziyyətdə olan Goranboy da yeni inkişaf dövrünü yaşayır. Rayon sakinləri problemlərinin həllində həmişə dəstək görürlər.

Emin Musayev böyük müəllimi və idealı olan Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazov kimi Ulu Öndər Heydər Əliyevə dəyər verməkdən zövq alır!

Emin Musayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Emin Musayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Azərbaycan Respublikasının daxili işlər naziri Cənab Vilayət Eyvazovdan nümunə götürən Emin Musayevin böyüklüyü onun sadəliyində, Prezident İlham Əliyev siyasətinə və insanlara insani münasibətindədi!

Emin Musayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Emin Musayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ucar rayon Polis Şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Emin Musayev özünü doğruldub. Bizdə hörmətli Emin Musayevi Cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar diləyirik.

Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi Emin Musayev – Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdı: Respublikamızda xüsusi karantin rejiminin tətbiq edildiyi, bütün dövlət strukturlarının fəaliyyətinin əhalinin sağlamlığının qorunmasına yönəldiyi bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyət və şəraitdən öz mənafeləri üçün istifadə edərək hüquqazidd əməllərinə yol vermələri ilə bağlı araşdırmaların aparılması tədbirləri ardıcıl olaraq həyata keçirilir. Həm Dövlət Təhlükəsizliyi Xidmətinin, həm də Baş Prokurorluğun həyata keçirdiyi əməliyyatlar nəticəsində Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı qaydaların müxtəlif yollarla pozulması, vəzifə imkanlarından sui-istifadə etməklə, rüşvət almaqla, kimsəsiz və aztəminatlı ailələrə göstərilən yardımları mənimsəməklə cinayət məsuliyyətinə cəlb edilənləri xalq pislədi. Zorla özgəsinin payını əlindən almaq, başqasının süfrəsinə əl uzatmaq kimi bəd əməllər millətimizə xas olmayan xüsusiyyətlərdən sayılıb. Əslində 2018-ci ildən başlanmış, 2019-cu ildə daha geniş vüsət alan, cari ildə də davam etdirilməkdə olan dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən islahatlar xalqımız tərəfindən razılıqla qarşılanır.

Ölkəmizin başçısı cənab İlham Əliyevin dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmaq üçün qətiyyətli addımlar atdığı bir vaxtda ciyayətə cəlb olunan məmurlar bu siyasətə qarşı mənəviyyata sığmayan hərəkətlər etməklə əslində dövlətin mənafeyinə ciddi zərbə vurur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatların ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir. Prezident İlham Əliyev: «Bütün hüquq-mühafizə orqanları elə çalışsınlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda dövlətin maraqları və qanunun aliliyi təmin olunsun»-deyə öz tövsiyələrini vermişdir.