Xeyirxahlıq missiyası ilə seçilən “Araz” marketlər şəbəkəsi

1383

Xalqımızın zəngin milli dəyərlər sistemində böyüyə hörmət, insanlara qayğı, xeyirxahlıq hər zaman öz zənginliyini qoruyub saxlayıb. Çətin və köməksiz insanlara arxa-dayaq olmaq, əlindən tutmaq xalqımızın maddi-mənəvi irsidir. Xeyirxahlıq kökdən, gendən gəlir.

Ulu öndər Heydər Əliyevin xalqımıza olan yüksək Atalıq qayğısı hər birimizin qəlbindədir. Onun mənalı ömrünün hər bir səhifəsində xeyirxahlıq, nəciblik, maddi və mənəvi dəstək həkk olunubdur.

Xeyirxahlıq soydan-kökdən qaynaqlanan zəngin xəzindədir.

Xeyirxahlıq və səmimiyyət milli kalorit kimi zəngin irsdən qaynaqlanır. Cənab Prezident İlham Əliyevin yaşlı insanlara xüsusi diqqət və qayğısı cəmiyyətimizdə nümunəvi davranış rəmzinə çevrilibdir. Qlobal pandemiya başlayanda ilk diqqətin yaşlı insanların qorunmasına yönəldilməsi də əbəs yerə deyil. Yoluxma riski yüksək olan bu insanların qorunması , evlərində sosial xidmətlərin göstərilməsi yaşlı, ahıl nəslə olan dərin hörmət və qayğının nümunəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin “Biz Birlikdə Güclüyük!” çağırışına “Araz” marketlər şəbəksi (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aztəminatlı ailələrə və tənha yaşayan ahıl vətəndaşlara dəstək olmağa hələ də davam edir. Aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır.

“Araz” marketlər şəbəkəsindən ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və xeyriyyə aksiyasının təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Bu nümunəvi addım ölkə vətəndaşları tərəfindən müsbət qarşılanaraq “Araz” marketlər şəbəkəsinin işçi kollektivinə başda rəhbərlik olaraq öz dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər. Bu müqəddəs Ramazan ayında da “Araz” marketlər şəbəkəsi  fililallarında iftar süfrəsini quraraq oruc tutan insanların qayğısına qalmağının bir daha əyani sübutudur.

“Araz” marketlər şəbəkəsi bu çətin dövrdə özünün cəmiyyətimizi pula qənaət etməsi üçün yeni layihələrə start verir. Belə ki, qənaətli alış-verişə üstünlük verən alıcılara özünün ekonom məhsullarını təqdim edir.

“Araz” marketlər şəbəkəsi Ramazan bayramı münasibəti ilə başda cənab Prezidentimiz İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva olmaqla bütün dünya Azərbaycanlılarını təbrik edir. Vətəndaşlarımıza bol ruzi-bərəkət və can sağlığı arzulayır.

Baş director: Hacı Ruslan Şammədov

Tel.: 050-299-78-84;  050-212-43-95