Sumqayıt şəhəri Tukzavod qəsəbəsindəki dəri sexinin sahibi Teymur Hüseynov at oynadır

986

Sumqayıt şəhəri Tukzavod qəsəbəsindəki dəri sexinin sahibi Teymur Hüseynov at oynadır

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sumqayıt şəhərinin Tukzavod qəsəbəsində dəri sexinin sahibi qanunlarımıza düzgün riayət etmir. Demək olar ki, sexin tullantıları qəsəbəni rəzil günə qoyub. Sexin sahibi Teymur Hüseynova qəsəbə sakinləri tərəfindən dəfələrlə edilən şikayətlərə məhəl qoymur. Sex qəsəbənin 200-300 metrliyində fəaliyyət göstərir. Qəsəbə sakinləri iy-qoxdan evlərində rahat yaşaya bilmirlər, sakinlərin narazılığına səbəb olan bu dəri sexi anti-sanitariya qaydalarına riayət etmir. Kənd sakinləri bildirirlər məktəbli uşaqlar həmən ərazidən keçəndə çirkaba batırlar, evlərində həşərat əlindən gecə-gündüzləri yoxdur. Qəsəbə sakinlərinin dediyindən Teymur Hüseynov “Burda mən Bağdadda kor xəlifə” aforizminə əməl edir.
Cənab Prezident İlham Əliyev regionlarımızın abadlıq-quruculuq işlərinə xüsusi diqqət və qayğı göstərir. Sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər və rayonlar üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə cənab Prezidentimiz lazımi tapşırıqlar vermişdir. Lakin, Teymur Hüseynov bu cür nöqsanlar buraxmaqla həm əhalinin narazılığını, həm də ki, ölkə başçısının qoyduğu tələb və tapşırıqlarına əməl etmir. Görəsən Teymur Hüseynov kimə arxalanıb qəsəbədə at oynadır.
Tukzavod qəsəbəsində bu cür fəaliyyət göstərən sexin aidiyyatı qurumların xəbəri varmı?

Baş direktor: Həsənov Ruslan Şamməd oğlu

Tel.: 050-212-43-95