İranda ağır yol qəzası – 20 ölü, 24 yaralı

621

İranda ağır yol qəzası

İranda ağır yol- nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun “Press TV”yə istinadən verdiyi xəbərə görə, Mazandaran əyalətində Tehran-Kunbed istiqaməti üzrə hərəkətdə olan sərnişin avtobusu yoldan çıxaraq aşıb. Nəticədə, 20 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilir.