İran ABŞ bazalarına hücumu Ağ Evlə “razılaşdırıb”? – Sensasiya

599

İran hakimiyyəti bilərəkdən ABŞ-ın İraqdakı obyektlərinə endirilən raket zərbələri zamanı daha az amerikalının xəsarət almasına çalışıb.

Bu məlumatı “Vaşinqton Post” qəzeti öz mənbələrinə istinadən yayıb.

“Bu iranlılara öz simalarını saxlamağa imkan verdi. Üstəlik, hər iki tərəfə imkan yaratdı ki, müharibənin uçurumundan geri dönsünlər. ABŞ hökuməti yanvarın 7-si səhər saatlarında İranın zərbə endirəcəyi obyektlərin siyahısını bilirdi. Bu məlumatı ABŞ hərbçiləri İraq hakimiyyətinin hücumundan bir neçə saat əvvəl almışdı”, – deyə o bildirib. (axar.az)