Prezident: Adam o şəkillərə baxanda dəhşətə gəlirdi, bu qədər məsuliyyətsizlik olarmı?

521

Prezident: Adam o şəkillərə baxanda dəhşətə gəlirdi, bu qədər məsuliyyətsizlik olarmı?

Bu gün Azərbaycanda enerji dayanıqlılığı tam təmin edilir.

“Ölkə.Az”ın oxu.az-a istinadən məlumatına görə, bunu Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsinə təyin olunması ilə əlaqədar keçirdiyi qəbulda bildirib.

Ölkə başçısı qeyd edib ki, bütün bu müsbət məqamlara baxmayaraq, böyük çatışmazlıqlar, böyük qüsurlar da olub.

“Əgər bunlar olmasaydı, 2018-ci ildə biz o qəza ilə üz-üzə qalmazdıq”, – deyən Prezident 2018-ci ilin yayında Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəzaya diqqət çəkib.

“Qəzadan sonra aparılan təhlil işləri göstərdi ki, bu, sırf səhlənkarlıq, məsuliyyətsizlik nəticəsində baş vermişdir. Mənə şəkillərlə, sübutlarla böyük məruzə edildi, bizim Mingəçevir İstilik Elektrik Stansiyası necə bərbad gündə idi. Adam o şəkillərə baxanda dəhşətə gəlirdi. Bu qədər səhlənkarlıq, bu qədər məsuliyyətsizlik olarmı? Ona görə “Azərenerji”nin rəhbərliyi tamamilə dəyişdirildi”,-deyə Prezident əlavə edib.