Müstəqim Məmmədov rayonda sahibkarlığın inkişafı üçün zəruri olan bütün addımları atır – ÖZƏL

838

 

Yola saldığımız ildə rayonun makroiqtisadi göstəriciləri yüksəlib, kənd təsərrüfatı nəzərəçarpacaq dərəcədə inkişaf edib, tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Tərtər şəhərinin Qaçay Mehdiyev, Bəsti Bağırova, Teymur Rəhimov və Vəzir Orucov küçələrində abadlıq-quruculuq işləri aparılıb, kommunikasiya xətləri yenilənib, küçələrə asfalt örtüyü salınıb və işıqlandırılma sistemi quraşdırılıb. Çoxmənzilli yaşayış binalarının dam örtükləri və giriş qapıları dəyişdirilib, fasadları rənglənib, həyətlərinə asfalt örtüyü salınaraq sakinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Kovdadıq və Zolgəran kəndində modul tipli məktəblərin tikintisi başa çatıb. Sarov-Borsunlu, Hacıqərvənd, Hüsənli kəndlərarası və Tərtər-Hindarx avtomobil yolunun Tərtər rayonunun ərazisindən keçən 21 kilometrlik hissəsi əsaslı təmir olunub. Olimpiya İdman Kompleksinin, Xalça İstehsalı Emalatxanasının, dövlət rəmzləri muzeyinin tikintisi başa çatıb. Hazırda rayon icra hakimiyyətinin inzibati binasının və Sukanal idarəsinin inzibati binasının tikintisi  davam etdirilir.

Diqqətə çatdırılıb ki, 2019-cu ildə kənd təsərrüfatı məhsulları istehsalı sahəsində də yüksək nailiyyətlər əldə olunub. Rayon üzrə 19 tondan çox barama, 20 min tona yaxın şəkər çuğunduru istehsal olunub. Bu günədək 3427 hektar pambıq sahəsindən 11 min 936 ton pambıq yığılıb ki, hər hektarın orta məhsuldarlığı 34,8 sentnerdir. Prezident İlham Əliyevin Sərəncamı ilə Qaraağacı kənd sakini, fermer İlkin Qurbanova II dərəcəli “Əmək” ordeni verilib.

Hörmətli Müstəqim Məmmədovun başçılıq etdiyi Tərtər Rayon İcra Hakimiyyəti rayonun tərəqqipərvər, zəhmətsevər vətəndaşlarının qüvvələrini səfərbər edib inkişafa yönəltməyə nail olmuşdurlar.
Azərbaycanın hər bir bölgəsi kimi, Tərtər rayonunda da regionların inkişafı dövlət proqramlarının icrası rayon iqtisadiyyatının inkişafına, abadlıq quruculuq işlərinin və yeni sosial obyektlərin tikintisinin aparılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı və sahibkarlara dəstək verilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin məşgulluğunun artırılması və rayon sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsinə ciddi təkan olmuşdur. Tərtər cəbhə xəttində yerləşən, ən gərgin döyüşlərin getdiyi rayonlarımızdan biridir. Erməni işğalçılarının mütəmadi olaraq atəşkəs rejimini pozması, təxribatlara əl atmaq üçün dəridən, qabıqdan çıxması fonunda gərginlik yaşayan rayonda həyat qaynayır. Bu qaynamanın səbəbi Tərtər camaatının təsərrüfat işlərində fəal olması və rayonun icra başçısı Müstəqim Məmmədovun gərgin iş qrafikidir. Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. RİH başçısı cənab Müstəqim Məmmədov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir. Müstəqim Məmmədov yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır.

Səyyar qəbullarda bütün vətəndaşların müraciətləri dinlənilir. Müraciətlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verən Müstəqim Məmmədov məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsinə göstəriş verir. Qəbullarda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə, RİH başçısına öz minnətdarlıqlarını bildirirlər. Müstəqim Məmmədov bir çox hallarda sakinlərin evlərində olur, onların qayğı və problemləri ilə yerindəcə tanış olur. Vətəndaşların yaşayış şəraitinin, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, rayonun maddi cəhətdən imkansız ailələrinə diqqət artırılmışdır.

Hazırda rayonda aparılan işlər sırasında mühüm yerlərdən birini də sahibkarlığın inkişaf etdirilməsidir. Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə də yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir. Belə ki, Müstəqim Məmmədov rayonda sahibkarlığın inkişafı üçün zəruri olan bütün addımları atır. Bununla bağlı, hətta xüsusi nəzarət işləri də reallaşdırılır. İcra başçısı özü də bildirir ki, dövlət tərəfindən iş adamlarına bütün dəstək verilir. Onlar üçün mövcud olan bütün bürokratik əngəllər aradan qaldırılır. Tərtər rayonunda fəaliyyət göstərən sahibkarlar da deyirlər ki, hal hazırda onlar üçün zəruri olan bütün şərait yaradılıb.
Rayonun kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə də bir sıra addımlar atılır. Tərtər camaatının əsas məşğuliyyətinin əkinçilik və heyvandarlıq olduğu məlumdur. Hazırda Müstəqim Məmmədovun rəhbərliyi altında bu sahələrdə bir sıra yeniliklərin edildiyi, böyük naliyyətlər əldə edilməsi üçün zəruri təxirə salınmaz addımlar atılır. Əhali ilə görüşlər keçirilərək, onların problemləri dinlənilir və yardımlar edilir.

Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir - ÖZƏL
Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir - ÖZƏL
Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir - ÖZƏL
Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir - ÖZƏL
Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir - ÖZƏL
Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir - ÖZƏL