Aydın Bəşirov Türkiyədə vəfat etdi

542

Aydın Bəşirov Türkiyədə vəfat etdi

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə BakuPost-a mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, 1947-ci il təvəllüdlü A.Bəşirov bu gecə Türkiyədə xəstəxanaların birində dünyasını dəyişib.

O, iki həftə əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər əməliyyata hazırlayırmış, lakin bu, mümkün olmayıb, gözlənilmədən komaya düşüb və ayılmayıb.