Səhiyyə Nazirliyi Bakıdakı silahlı insidentlə bağlı məlumat yayıb

1203

Səhiyyə Nazirliyi Bakıdakı silahlı insidentlə bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi Bakıdakı silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirlikdən “Ölkə.Az”a verilən məlumata görə, Yasamal rayonunda baş verən silahlı insident nəticəsində xəstəxanaya 2 kişi çatdırılıb.

“Dekabrın 22-si saat 23:30-da döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu ilə 30 yaşlı, saat 00:40-da isə sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı kişi 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hər iki yaralıya həkimlər lazımı tibbi yardım göstəriblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir”,- nazirlikdən bildirilib.