Bir ailənin 5 üzvünün öldüyü qəzadan görüntülər – Video

584

Bir ailənin 5 üzvünün öldüyü qəzadan görüntülər

Xəbər verdiyimiz kimi, dekabrın 1-də axşam saatlarında Şəmkir – Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində dəhşətli avtomobil qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Tural Abdıyevin idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobil, qohumu olan, 1974-cü il təvəllüdlü Vüqar Orucovun idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində bir ailənin beş üzvü, Şəmkir rayon sakinləri, bir yaşlı Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci ilə təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-ci il təvvəlüdlü Orucova Rəsmiyyə Nürəddin qızı dünyasını dəyişib.

Baş verən qəzanın nəticəsini əks etdirən görüntüləri təqdim edirik: