Birinci qrup əlil “Müharibə veteranı” medalı ilə təltif olundu

598

Birinci qrup əlil “Müharibə veteranı” medalı ilə təltif olundu

1 qrup əlil, müharibə veteranı Zakir Məmmədov “Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nin təsis etdiyi “Müharibə veteranı” xatirə medalı ilə təltif olundu. Tədbirdə Nəsimi rayon şöbəsinin Sədri Elmar Hüseynov, Suraxanı rayon şöbəsinin Sədri Eldar Rüstəmov, Müharibə veteranları İlham Rüstəmov, 1-ci qrup əlil Ilqar Cəfərov, Natiq Babayev, jurnalist Əntiqə Qonaq, ailə üzvləri iştirak etdilər.
Zakir Məmmədov 1990-1993-cü illər ərzində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. O avtobus sürücüsü olmasına baxmayaraq döyüş yoldaşlarını bölgələrə, postlara apardıqdan sonra silaha sarılıb döyüşlərdə iştirak edib. O, ən ağır şəraitlərdə öz vəzifəsini layiqincə yerinə yetirib, döyüşçülərin sağ-salamat daşınmasını təmin edib.
Fərid Faiqoğlu (Səfərov)