“Başakşehir” Arda Turanla bağlı qərarını verdi

624

“Başakşehir”də yüksək maaş qarşılığında sərgilədiyi oyun tərs mütənasib olan Arda Turanla qış transfer pəncərəsində yolların ayrılması gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, “Barselona”dan icarəyə götürülən və mövsümün sonunda icarə müddəti bitəcək futbolçu ilə yeni müqavilə imzalanmaması qərar alınıb. Arda Turanın təklif gələcəyi halda dövrə arasında da “Başakşehir”dən ayrılmasına izin veriləcək.

Bu mövsüm ilk “11-lik”də forma şansı qazanmayan, 7 matçda oyuna sonradan daxil olan Arda Turan nəticəyə təsir edən oyun göstərməyib.

Xatırladaq ki, “Başakşehir”də ən yüksək məbləğ Arda Turan alır.