Yağışlı hava şəraitində Bakıda taksi tapılmır- Ekspertdən açıqlama

289

Bakıda yağış

“Hava şəraiti dəyişdikdə, yağış və qar yağanda taksi xidməti göstərən şəxslər bu vəziyyətdən maksimum yararlanmağa çalışırlar”.

Bu barədə Bizimyol.info-ya nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirib.

Azər Allahverənov Azər Allahverənov

Ekspert deyib ki, yağışlı hava şəraitində taksi xidməti göstərən şəxslər hətta taksi şirkətlərinin qəbul etdiyi müştərilərin sifarişindən boyun qaçırırlar: “Taksi xidməti göstərən şəxslər fərdi şəkildə xidmət göstərməyə və müştəri ilə şəxsən sövdələşməyə meyillənirlər”.

Ekspert bildirib ki, yağışlı hava şəraitində taksi xidmətlərinə artan ehtiyaca görə bu sahədə kəskin qıtlıq əmələ gəlir: “Belə vəziyyətdə müştəri məmnuniyyəti azalır və taksi xidməti sahəsinə inam azalır.

Taksi xidməti sahəsi saat mexanizmi kimi işləməlidir. Hava şəraiti bu sahədə boşluğa səbəb olmamalıdır”.