Tikinti şirkətinin avtomobil yolunu bağlaması tıxaca səbəb olur – Foto

983

Şirkər yolu bağladı

Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov, Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yaşayış binası inşaa edən tikinti şirkəti avtomobil yolunu bağlayıb.

Bizimyol.info xəbər verir ki, həmin ərazidə pilot layihə olaraq 2 ədəd 1 girişli 15 mərtəbəli və 4 ədəd 2 girişli 14 mərtəbəli yaşayış binaları inşa olunr.

Paytaxt sakini Samir Əhmədov bildirib ki, tikinti işini aparan “MALİBO” MMC tərəfindən avtomobil yolu bir aydır bağlanıb: “Yoldan öz tikinti avadanlıqlarının saxlanılması yeri kimi istifadə edirlər. Amma bunun üşün çox önəmli bir yolu bağlayıblar. Həmin yoldan çox sakin istifadə edir. Tikinti şirkəti Bakı Slavyan Kolleci, klinika, bağca kimi sosial obyekltlərin yolunu bağlayıblar. Bu səbəbdən “Təzə bazar” istiqamətində həmişə avtomobil sıxlığı müşahidə olunur. Bu da vaxt itkisidir.

Əslində yolu bağlamağa ixtiyarları yoxdu. Tikinti şirkəti bu gedişlə yolu açmaq fikrində deyil. Düşünürəm ki gələcəkdə bu yolu öz tikdikləri binanın həyətinə qata bilərlər”.

Bizimyol.info

 Şirkər yolu bağladı