Ədalətsiz qərarın beş illik qurbanları – Video

41

Ədalətsiz qərarın beş illik qurbanları - Video
Bu gün “Azərbaycan nəşriyyatı”nda həbs olunmuş jurnalistlərdən Cəlal Məmmədovun anası Nərminə Məmmədova və Mirkənan Seyidovun qardaşı Orxan Seyidov mətbuat konfransı keçirdib. Konfransda əsas məqsəd Respublika Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun 06.08.2019-cu il tarixində jurnalistlər haqqında verdiyi ədalətsiz HÖKM ilə bağlı narazılıqlarını səlahiyyət sahiblərinə və ictimaiyyətə çatdırmaq idi.

Bəs jurnalistlər nəyə görə və ya hansı günaha sahib olublar ki, həbs olunublar?

Konfransda çıxış edən Orxan Seyidov və Nərminə Məmmədova bildiriblər ki, doğmalarının həbs olunmasına səbəb rəhbərlik etdikləri saytlarda “Antalya Mehman” adı ilə tanınan şəxsin əxlaqsızlıq yuxalarının fəaliyyəti barədə dərc etdikləri məqalə olmuşdur. Həmçinin onu da qeyd ediblər ki, jurnalist Mirkənan Seyidov və Cəlal Məmmədovun həbsi məhz Mehman Həsənovun sifarişi ilə həyata keçib. Məhkəmə isə cinayətkar hesab edilən C.Məmmədov və M.Seyidov zərərçəkmiş qismində təqdim olunan Mehman Həsənovdan vəzifə səlahiyyətlərindən sui istifadə etməklə rüşvət aldıqları ittihamı ilə həbs olunmaları barədə HÖKM çıxardıb. Lakin törətdikləri cinayət xarakterli əməlləri sübuta yetirən əsaslı dəlillər məhkəmə prosesi zamanı aşkar olunmayıb. Sadəcə şahid ifadələrinə əsaslanan hakim Eldar Mikayılov şahidlərin bir-biri ilə uzlaşmayan yalan ifadələrinə əsaslanıb. İstintaqın gedişi zamanı şahid qismində göstərilən şəxslərin isə biri Mehman Həsənovun qohumu, biri qeyri-qanuni işçisi, digəri isə adi şahid qismində qeyd olunsa da ölkəni tərk etmiş şəxslərdir. Dövlət Sərhəd Xidmətindən təqdim olunan rəsmi sənədlərə əsasən üçüncü şahid 01.2019-cu il tarixində ölkəni tərk etdiyi halda, onun adından sonrakı tarixlərə imzalanmış şahid ifadələri məhkəməyə təqdim olunub. Lakin hakim saxta şahid ifadələrinin heç birinin araşdırılmasını təmin etməyib. Hətta konfransın təşkilatçıları onu da qeyd etdilər ki, şahidlərdən biri üzləşmə prosesində M.Seyidovu C.Məmmədov və C.Məmmədovu M.Seyidov kimi təqdim edib. Eləcə də ittihamcıların məhkəməyə istintaqın yenilənməsi, mobil telefonlarının anten dairəsinin yoxlanılması ilə bağlı verdikləri vəsadətləri təmin ounmayıb.

Məhkum olunanların yaxınları qeyd etdilər ki, jurnalistlərin məhkəmə prosesləri gedən zaman Mehman Həsənovun özü də ehtimala görə insan alveri maddəsi ilə həbs olunub. Lakin deyilənlərə əsaslansaq, üç yüz əlli min manat qarşılıqla şərti azadlığa buraxılıb.

Məhkəmə istintaqını aparan prokuror Orxan Kəngərlinin hakimdən digər bir əsassız tələbi isə ondan ibarət olub ki, həbs olunan jurnalistlər gələcəkdə Mehman Həsənovdan on min manat rüşvət alacaqlar. Hakim isə prokurorun tələbini yerə salmayıb jurnalistlərdən etmədikləri cinayətə görə belə HÖKM oxuyub.

C.Məmmədovun anası jurnalistlərə onu da bildirdi ki, oğlu Cəlal qanunsuz həbs olunmasına etiraz olaraq saxlanıldığı Kürdəxanı müvəqqəti saxlama təcridxanasında iki dəfə aclıq aksiyasına başlayıb. Birinci dəfə başladığı aksiya həkimlərin müdaxiləsi ilə dayandırılıb. Hal-hazırda yəni 31.10.2019-cu il tarixdə jurnalist təkrar başladığı aclıq aksiyasını davam etdirir. Lakin məhbusların həyatına cavabdeh olan ədliyyə Nazirliyinin Penitensiyar Xidmət İdarəsi bu barədə heç bir iş görmür.

M.Seyidovun qardaşı O.Seyidov Mehman Həsənovun bu qədər cinayətlərdə,insan alveri,özünü öldürmə həddinə gətirmə və.s adı hallandığı halda azadlıqda gəzməsinin səbəbini, istintaqını aparan məmurların satın alınması ehtimalını irəli sürdü.

Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun verdiyi HÖKM-ün ədalətsizliyindən narazı olan vətəndaşlar, Bakı Şəhər Apeliyasiya məhkəməsinə müraciət ediblər. Jurnalistlərin “məhkəmənin nəticələrindən nələr gözləyirsiniz” sualına hər iki konfrans təşkilatçıları müsbət rəy bildirdilər. Hakim Həsən Əhmədovun rəhbərliyi ilə baxılacaq apeliyasiya şikayətinə böyük ümid bəslədiklərini söylədilər. Ən çox da ümidlərini artıran Həsən Əhmədovun ədalətli hakim olması olduğunu bildirən ana və qardaş eləcə də üzlərini ölkə Prezidentinə tutub bu fikirləri səsləndirdilər. “Yaxınlarının Mehman Həsənov kimi əxlaq dəllalı olan birisinin fitvası ya da sərvəti ilə günahsız yerə barmaqlıqlar arxasına məhkum olunmasına izn verməsin. Mehman haqqında iyrənc həqiqətləri faş edən haqq səslərinin boğulmasına yol verməsin və ədalət öz yerini tapsın.

“Kanal14.az”