Moskvada biznesmeni qarət edən, azərbaycanlılarında olduğu dəstə ələ keçdi – Video

117

Moskvada soyğun

Moskvada iş adamı Aleksey Boqatıryevi qarət edən dəstə ələ keçib.

Beynelxalqinformasiyaagentliyi.az xəbər verir ki, yolda biznesmenin avtomobilinin qarşısını kəsən şəxslər A.Boqatıryevin maşınından 90 min dollara yaxın pulu götürüb və onu döyüblər.

Bundan sonra dəstə üzvləri hadisə yerindən qaçıblar. Hadisə oktyabrın 16-da baş verib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində dörd nəfərdən ibarət dəstə saxlanılıb. Dindirilmə zamanı onlardan birinin azərbaycanlı olduğu müəyyənləşib.

30 yaşlı Əli Şirinov Azərbaycanda doğulduğunu və bir müddət əvvəl Moskvaya gəldiyini bildirib.(oxu.az)