Gülalıyev yenə başqa xəstəxanaya köçürüldü

664
Oktyabrın 29-da piyada xəttindən keçərkən avtomobil vuran hüquq müdafiəçisi Oqtay Gülalıyev başqa xəstəxanaya köçürülüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, O.Güləliyev əməliyyat oldunduğu “City Hospital”dan çıxarılaraq Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Onun səhhəti ilə bağlı belə bir qərarı həkimlər veriblər. O. Gülalıyevin müalicəsi bundan sonra NX-da davam etdiriləcək.

“City Hospital”dan əvvəl isə hüquqşünas 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) müalicə alırdı.
Qeyd edək ki, O. Gülalıyevin düşdüyü qəza 90-PZ-543 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobilin sürücüsü Kənan Abdullayev tərəfindən törədilib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb