Mingəçevir Turizm Kollecində qohumlar şəbəkəsi

2017

img

 

Bu gün ölkədəki təhsil sistemi bərbad durumdadır. Bu sahədə bir sıra çatışmazlıqlar hökm sürür. Təhsildəki rüşvət və korrupsiya digər sahələrə də təsirsiz ötüşmür. Rüşvətin ayaq açıb yeridiyi ölkədə hansısa yaxşı işlərdən danışmaq yersiz olardı. Əgər gələcəyin həkimi universiteti pulla bitirirsə, sabah o həkimdən hansı savadı, hansı təhsili gözləmək olar? Bu gün ölkədə peşəkar kadrlar barmaqla sayılacaq qədərdir.

Bir sıra ölkələrlə müqayisədə Azərbaycan bu sahələrdə geridə qalıb. Respublikanın təhsil ocaqlarının əksəriyyətində nə normal təhsil verilir, nə də savadlı kadrlar yetişir. Bu təhsil ocaqlarından biri Azərbaycanın ən böyük şəhərlərindən olan Mingəçevirdə yerləşən Mingəçevir Turizm Kollecidir. Baxmayaraq ki, Mingəçevir özü daim yetişdirdiyi görkəmli şəxsiyyətlərlə fərqlənib. Kür qırağında yerləşən şəhərin təhsil sistemi son illərə qədər müsbət işlərlə yadda qalsa da, müstəqillik əldə olunandan sonra bir geriləmə müşahidə olunmaqdadır.

Əyyubov populyar adamdır. Azərbaycanda saxta diplom paylayan “San-Marino” universitetinin keçmiş rektorudur. Onun saxta diplom və tələbələrdən pul toplamaq sayəsində böyük təcrübəsi var. Qarabağ camaatı professoru yaxşı tanıyır.

Yarandığı gündən Mingəçevir Turizm Kollecində korrupsiya “yuva” salıb. Onu heç «buldozerlə» uçurmaq mümkün deyil. Əyyub Əyyubovun korrupsiya mexanizmi, mərkəzləşdirilmiş qaydada işləyir. O, bu təhsil müəssisəsini “ailə şirkətinə” çevirib

Direktor Əyyub Əyyubovun fəaliyyəti tələbə və müəllim heyətinin ürəyincə deyil Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovun adı mətbuatda tez-tez çəkilir.

Buna səbəb onun rəhbərlik etdiyi təhsil müəssisəsində baş alıb gedən özbaşınalıqlar, tələbələrin incidilməsi və yarıtmaz idarəçilikdir. Beynelxalqinformasiyaagentliyi.az-a verilən məlumatlara görə, kollecin direktoru Əyyub Əyyubov buranı şəxsi obyektinə çevirib.

«Mingəçevir Turizm Kollecində səkkiz ixtisas üzrə 1800 tələbə təhsil alır. Onların tədrisi ilə 160 nəfərə yaxın professor-müəllim heyəti məşğul olur. Direktor Əyyub Əyyubov ildən-ilə Mingəçevir Turizm Kollecini tədrisdən daha çox korrupsiya “yuvasına” çevirməyə başlayıb. Uzun illərdir tədris ocağına rəhbərlik edən professorun ən böyük “nailiyyəti” kollecdə mərkəzləşdirilmiş qaydada korrupsiya mexanizmini yaratmasıdır. Buna görə də Mingəçevir Turizm Kolleci Əyyub Əyyubovun “ailə pozratı»na çevrilib».

Məlumatda həmçinin qeyd olunur ki, direktorun həyat yoldaşı Xanım Məmmədova “Dillər” fənn birliyinin sədridir: «Onun bir neçə qardaşı, yerlisi və qohumları kollecdə mərkəzləşdirilmiş korupsiyanın əsas fiqurlarından sayılırlar. Kollecdə semestrin qiyməti tələbələrə 300 manata başa gəlir. Əgər tələbə digər fənlərdən imtahanları özü verib cəmi bir fəndən kəsiləndə və həmin kəsri düzəltmək üçün 150 manat «rüsum» verməlidir. Kollecdə test komissiyası yaradılıb və imtahanlar test üsulu ilə götürülür.

Bu üsulla Əyyub Əyyubovun məqsədi heç də imtahanları stimullaşdırmaq deyil, ayrı-ayrı müəllimləri imtahan işindən kənarlaşdırmaqdır. Tədris olunan fənlərin sayını artırmaqla, imtahan suallarını getdikcə çətinləşdirərək və kəsilən tələbələrdən daha çox pul qazanmaq üçündür». Əyyub Əyyubovla bağlı redaksiyamıza daxil olan digər faktları növbəti yazımızda oxuya bilərsiniz.
Qarşı tərəfin də cavab haqqını tanıyırıq. Teref.info