Çeçenistanda toy kortejləri üçün yeni qaydalar tətbiq olunacaq

736

Çeçenistan yol polisinin başçısı İdris Çerxiqov respublikada toy kortejləri üçün yeni qaydaların tətbiq olunması haqqında xəbərdarlıq edib.

RBK xəbər verir ki, bundan sonra kortejin marşrutu haqqında toydan azı 4 gün əvvəl polisə xəbər verilməlidir.

Kortejdə iştirak edən avtomobillərin sayına və karvanın sürətinə məhdudiyyət qoyulacaq.

Polis hesab edir ki, toy mərasimlərindəki avtomobil karvanı yol hərəkəti təhlükəsizliyini pozur.