8 saylı marşrutdakı özbaşınalıq – Foto

130

BİA.az Bu günlərdə 8 saylı marşrut xətti ilə hərəkət edən 50-AE-753 dövlət nömrə nişanlı avtobusda olarkən, havanın kəskin olmasına baxmayaraq, kondisionerin işləməməsi diqqətimi çəkdi. Çox yumuşaq tərzdə marşrutu idarə edən sürücüyə bununla bağlı müraciət edib, səbəbini soruşdum. Sürücünün verdiyi cavab məni sözün əsl mənasında heyrətləndirdu.

“- Kondisioner işləyərkən ona sərf olunan yanacaq müduruyyətin deyil, məhz sürücünün cibindən gedir. Buna görə də kondisioneri işlətmək mənə sərf eləmir”.

Məsələ ilə bağlı qurumun rəhbərliyi ilə dəfələrlə əlaqə saxlamağa cəhd etsəm də, zənglərim cavabsız qaldı.

Mövzuya qayıdacağıq…

Beynelxalqinformasiyaagentliyi saytının Baş redaktoru

Ruslan Həsənov