“AzərSənaye İnşaat”-ın üstünlüyü sadalamaqla bitən deyil…

818

“AzərSənaye İnşaat” şirkəti tikinti sahəsində fəaliyyət göstərən iri şirkətlərdən biridir. Şirkət Azərbaycanın tikinti bazarında artıq 2007-ci illərin sonlarından fəaliyyət göstərir. “AzərSənaye İnşaat” Bakıda və respublikanın bölgələrində bir sıra sənaye, ictimai və dövlət əhəmiyyətli obyektlərin inşasını, onların texniki təchizatını və bundan əlavə müxtəlif təyinatlı binaların-ofislərin, otellərin, inzibati binaların tikintisi, əsaslı təmiri, digər işlərinin görülməsini təmin edir və uğurla istismara təhvil verir.

Şirkət eyni zamanda müvafiq sahədə fəaliyyət göstərən dövlət qurumları və özəl şirkətlərlə, biznes dairələri və xarici partnyorları ilə də sıx əməkdaşlıq edir. Şirkətin tərkibinə “Air Ventilation Systems”, “HİTACHİ İnspire the Next”, Rusiyada “İnterRostStroyEngineering” və Turkiyədə “Pyramidal” fəaliyyət göstərən törəmə şirkətlər də daxildir. Avropa və dünyanın digər inkişaf etmiş ölkələrin şirkətləri və eləcədə inşaat materialları istehsal edən zavod, fabriklərlə yaxın əməkdaşlıq edib, müasir texnologiyaların tədbiqini və  layihələndirilməsini təmin edirlər.

“AzərSənaye İnşaat” öz fəaliyyəti zamanı bir sıra layihələr həyata keçirmişdir ki, bunların arasında tikinti sahəsində konsaltinq(məsləhət) xidmətlərin göstərilməsi və ölkə ərazisində icra olunan infrastruktur layihələri misal gətirmək olar. Bundan əlavə olaraq inşaat sahəsinin inkişaf etdirilməsi, bu sahədə yerli kadr potensialının formalaşdırılması və xarici təcrübənin öyrənilməsi məqsədilə şirkət öz əməkdaşlarını bir neçə tanınmış Avropanın və Asiyanın aparıcı şirkətlərində təcrübə keçmələri üçün şərait yaradır.

Şirkət fəaliyyəti sahəsində beynəlxalq standartlara uyğun ən son texnologiyalardan istifadə edir. Yüksək ixtisaslı mütəxəssislər müasir texnologiyaları tətbiq edir və müştərilərinin istəklərini və təkliflərini öz fəaliyyətində nəzərə alır. Şirkət yüksək kadr potensialına malikdir ki, bu da öz növbəsində hüquqi, iqtisadi və texniki yükünü nəzərə alaraq planlaşdırılan layihələrin və göstərilən tikinti quraşdırma və iqlim şəraitinin yaxşılaşdırılması istiqamətində xidmətlərin daha yüksək səviyyədə və səmərəli şəkildə həyata keçirilməsini təmin edir. Şirkətin ekspertləri mütəmadi olaraq tikintilərin ekspertizasında və layihələrin müzakirəsində mütəmadi olaraq iştirak edir, təklif və tövsiyələr verirlər.

Şirkətin əsas fəaliyyətlərindən biri fasad işləridir, fasad işi tikintinin xüsusi seçilən sahəsidir, Fasadın yenilənməsi binanın tam görünüşünü və üslubunu dəyişə bilər. Bu şirkət fasadların tək plastik materiallardan deyil, həm də nəcib mərmər, qranit, təbli daş və plitələrdən ibarət fasad üzləmə işlərini həyata keçirir, Təcrübəli mütəxəssisləri – mühəndislər, memarlar, dizaynerlər, peşəkar ustalar sizin istəyinizi nəzərə alaraq üzlük işləri ilə müəssisənizi çox zövqlü bir məkana çevirəcək.

“AzərSənaye İnşaat” şirkəti metal konstruksiyaların montajı üzrə geniş həcmli layihələrdə, xidmətlərin kompleks şəkildə öz xidmətlərini təqdim edir. Konstruksiyaların layihələndirilməsində mütəxəssislərimiz dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən yararlanır və təcrübədən istifadə edir. Metal konstruksiyaların quraşdırılması prosesi davamlı olaraq keyfiyyət nəzarəti altında aparılır və bu da işlərin keyfiyyətlə və yüksək standartlara uyğun təhvil verilməsinə imkan yaradır. Tikinti-quraşdırma işləri, tikinti standartlarına və normativ tələblərinə uyğun olaraq həyata keçirilir. Şirkətin üstünlüyü haqqında sadalamaqla bitən deyil. Sizin xəyal etdiyiniz hər hansı ideyanı müvəffəqiyyətlə həyata keçirə bilər.

“AzərSənaye İnşaat”-in əsas məqsədlərindən biri öz fəaliyyətində müştərilərin maksimal dərəcədə tələblərini ödəmək və onlara zəmanətli iş təhvil verməklə etimadlarını doğrultmaqdan ibarətdir.