Seçkilər başa çatdı: yeni baş nazir bəllidir

859

BİA.az Yunanıstanda keçirilən baş nazir seçkilərində qalib müəyyənləşib.

Kiriakos Miçotakisin liderlik etdiyi Yeni Demokratiya Partiyası təkbaşına iqtidar quracaq.

Anket nəticələrinə əsasən, 38-42% arasında səs toplayacağı gözlənilən YDP seçkiləri iqtidardakı rəqibi Aleksis Çiprasın liderlik etdiyi SYRIZA-dan 11,5 bal öndə tamamlayıb. Beləliklə, təkbaşına hökumət qurmaq haqqına sahib olub.

YDP-nin 155-167 arası milət vəkili çıxararaq 300 mandatlı parlamentdə üstünlük əldə edəcək. SYRIZA-nın millət vəkili sayı 77-88 arasında qalacaq.

Nəticələrin dəqiqləşməsi təqdirində SYRIZA ana müxalifətə düşəcək. Kiriakos Miçotakis isə yeni baş nazir olacaq.

6-8% səs toplaması gözlənilən PASOK-un əsasını təşkil edən KINA-ın parlamentdəki üçüncü partiya olması gözlənilir. Yunanıstan Kommunist Partiyasının 5-7% səs toplaması ehtimal olunur.