Donald Tramp haqqında AĞLASIĞMAZ İDDİALAR: prezidentliyi başa çatacaq, Ağ Ev isə…

719

BİA.az ABŞ prezidenti Donald Tramp bacarıqsızdır.

Bunu İngiltərənin Vaşinqtondakı fövqəladə və səlahiyyətli səfiri Sir Kim Darroç iddia edib.

“Daily Mail” Darroçun diplomatik yazışmaları olduğunu bildirdiyi mətnlər yayımlayıb. Mətndə bildirilib ki, D.Tramp vəzifəsini utanc içində sonlandıra bilər. Yazışmada həmçinin “Tramp Administrasiyasının daha normal, daha az funksiyasız, daha az məmnun edilməyən, daha az mövqeçi, diplomatik baxımdan daha az şikəst və bacarıqsız ola biləcəyinə inanmırıq” sözlərinə yer verilib.

Darroç qeyd edib ki, Trampın idarəsində olan Ağ Evin sözü o qədər də kəsərli deyil. Səfir ehtimal edir ki, Tramp Administrasiyası yaşadığı skandallardan sonra çökəcək.