Goranboyda 59 yaşlı qadını ilan sancdı

384

BİA.az Goranboy rayonunda 59 yaşlı qadını ilan sancıb.

Hadisə rayonun Xanqərvənd kəndində baş verib.

Kənd sakini 1960-cı il təvəllüdlü Nəcibə Hacıyevanı yaşadığı evin həyətində ilan sancıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.