Azərbaycanda DƏHŞƏT: Avtobus 2 yaşlı uşağın ayaqlarının üzərindən keçdi

731

BİA.az Gəncə şəhərində avtobus 2 yaşlı uşağın ayaqlarının üzərindən keçib.

Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini olan sürücü idarə etdiyi avtobusla hərəkətdə olan zaman 2 yaşlı Elay Elnur oğlu Balakişiyevin ayaqlarının üzərindən keçib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.