Hacıqabulda evdən 35 min manat pul oğurlandı

658

BİA.az Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 16-da rayondakı evlərin birindən 25 min 650 manat və 9 min 800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə iyunun 30-da şəhərdəki evlərin birindən 200 manat pul oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini, əvvəllər məhkum olunmuş R.Novruzov saxlanılıb.