İmtahan adı ilə evdən çıxan oğlan itkin düşdü

654

BİA.az Lənkəran şəhər sakini itkin düşüb.

21 yaşlı Cavid Mahir oğlu Xəlilov iyunun 9-da Xırdalan şəhərində kirayədə yaşadığı evdən Gürcüstanda imtahan vermək adı ilə çıxaraq bir daha geri qayıtmayıb.

Hazırda onun Gürcüstan ərazisində olub-olmadığı araşdırılır.