Sabah Günəş tutulması baş verəcək

545

BİA.az Sabah Günəş tutulması (tam tutulma) hadisəsi baş verəcək.

Günəşin tam tutulması iyulun 2-3-nə təsadüf edəcək.

Bu təbiət hadisəsi iyulun 2-si yerli vaxtla saat 20:55-də başlayacaq və iyulun 3-ü saat 01:50-də başa çatacaq.

Günəş tutulması Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək. Təbiət hadisəsini Azərbaycanda müşahidə etmək mümkün olmayacaq.

Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.