Bu sürücü həm qayda pozur, həm də “qoçuluq” edir – VİDEO

697

Bu sürücü həm qayda pozur, həm də "qoçuluq" edir- VİDEO

BİA.az Avtomobildən düşərək görüntünü qeydə alan sürücüyə qarşı qərəzli hərəkətlər edib.

Bakıda qaydalar pozan daha bir sürücü barədə “avtosfer.az” saytına şikayət daxil olub.

Görüntüləri qeydə alan sürücü redaksiyamıza məlumat verərək bildirib ki, iyunun 28-də paytaxtın Azadlıq prospektində hərəkət edən zaman, sağ zolaqdan sol zolağa yerdəyişmə edən 99-RA-037 qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobilin sürücüsü onun hərəkətinə mane olub.

Sürücü qəzanın qarşısını almaq məqsədi ilə səs siqnalı verən zaman, qayda pozan sürücü qəfil tormoz verərək hərəkəti məhdudlaşdırıb və avtomobildən düşərək görüntünü qeydə alan sürücüyə qarşı qərəzli hərəkətlər edib.

99-RA-037 qeydiyyat nişanlı avtomobili idarə edən sürücü yolu kəsərək qərəzli hərəkətlər etmiş və əhalinin dicliyini nümayişkaranə şəkildə pozmuşdur. Ümid edirik ki, DYP idarəsinin əməkdaşları bu sürücü barədə lazımi tədbir görəcək.