Bu gün hava necə olacaq?

616

Bu gün hava necə olacaq?BİA.az 

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün gündüz saatlarından arabir güclənən şimal-qərb küləyi axşama doğru güclənəcək. Havanın maksimal temperaturu 23-27 dərəcə isti təşkil edəcək.

Havanın temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 19-24 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da əsasən axşam saatlarında yağış yağacaq. Havanın maksimal temperaturu 29-34 dərəcə isti təşkil edəcək.