Bir yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

579

Bir yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

BİA.az Xəzər rayonunda bədbəxt hadisə zamanı körpə yaralanıb.

Zirə qəsəbəsində 2018-ci il təvəllüdlü Esmira Əliyeva yaşadığı binanın ikinci mərtəbəsində valideyn nəzarətindən kənar pəncərəyə yaxınlaşıb.

Körpə pəncərədən aşağı yıxılaraq ağır xəsarət alıb. O, özəl xəstəxanaların birinə yerləşdirilib.