Prezident İlham Əliyev elmə, təhsilə diqqət və qayğı göstərir

151

Prezident İlham Əliyev elmə, təhsilə diqqət və qayğı göstərir

 

 

 

 

 

İlham Əliyev: Peşəkar kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir

Müasir qloballaşma əsrində Azərbaycanda milli tərəqqinin yeganə yolu elm və təhsilin, yeni biliklərin, intellektual əməyin inkişafından, habelə kompyuter və informasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində geniş tətbiqindən keçir. Bu reallıq nəzərə alınaraq dövlətin uğurlu elm və təhsil siyasəti, bu sahədə özünü göstərən bir sıra problemlərin həlli mühüm əhəmiyyət kəsb edir. Bir faktı da qeyd edək ki, ölkədə təhsilə xüsusi diqqət yetirilməsi respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Ona görə də təhsilin bütün istiqamətlər üzrə proporsional inkişafı ciddi investisiya tələb edən məsələ olduğundan dövlətin son illərdəki maliyyə imkanları bu sahədə qlobal layihələrə başlamağa münbit şərait yaratmışdır.

Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır.  Azərbaycanda təhsilə diqqət və qayğı hələ ötən əsrin 60-cı illərindən başlamışdır.  Ulu öndər Heydər Əliyev 1969-cu ilin yayından başlayaraq Azərbaycanda təhsil müəssisələrinin yeniləşdirilməsinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsilin keyfiyyətinə şəxsən özü nəzarət etmişdir. İstedadlı və xüsusi qabiliyyətli gənclərin üzə çıxarılması, o zaman üçün müasir və yeni sayılan texnologiyaların tətbiqi ölkə rəhbərinin daim diqqət mərkəzində olmuşdur. Ulu Öndərin daha çox maraq və diqqət ayırdığı məsələ azərbaycanlı gənclərin SSRİ-nin və xarici ölkələrin nüfuzlu ali məktəblərində oxumaq üçün göndərilməsi idi. Belə ki, bilavasitə Ulu Öndərin təşəbbüsü ilə 1980-ci ildə SSRİ-nin 49 şəhərinin 170 ali məktəbində 244 ixtisas üzrə 3500 nəfərdən çox azərbaycanlı tələbə və 100 nəfərdən çox aspirant təhsil alırdı. Ümummilli Lider hər il həmin tələbələrin başqa şəhərlərə göndərilməsindən əvvəl onlarla görüşmək ənənəsi yaratmışdı.

Müəllimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində də ümummilli lider Heydər Əliyev ənənələri uğurla davam etdirilir. Həm onların peşə bayramları günündə, həm də yeni dərs ilinin başlanması münasibətilə müəllimlər dövlətin yüksək qayğısını görürlər. Bu sırada məəktəbəqədər təhsil, orta, orta ixtisas və ali məktəblərin yubileylərinin qeyd edilməsi kimi stimulverici məqamlar da vardır.

Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son bir neçə ildə – XXI əsrin başlanğıcında Azərbaycanda əsl təhsil bumu yaşanmışdır. Ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəblər tikilmiş, bir çox məktəblər üçün yeni korpuslar inşa olunmuşdur. Bu proses ən ucqar bölgələrimizi də əhatə etmişdir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Bütün orta təhsil ocaqlarında internetə qoşulmuş kompyuter sinifləri yaradılmışdır.

Heydər Əliyev Fondunun təhsilin inkişafına verdiyi dəstək isə öz əhəmiyyəti ilə seçilmişdir. Fond ölkədə məktəb tikintisində yaxından iştirak etməklə yanaşı, onların əyani vəsaitlər, şagirdlərin isə məktəb ləvazimatları ilə təmin olunmasında mühüm rol oynamışdır. Bu proses indi də davam edir.

Bu gün təhsil sahəsində davamlı olaraq islahatlar həyata keçirilməkdədir. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir. Çünki qazanılan bütün nailiyyətlər məhz ulu öndər Heydər Əliyev ideyalarından güc alır.

Eldar Yunusov

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri 

 

 

 

 

 

Beynelxaqlinformasiyaagentliyi.az xəbər portalının baş direktoru, “Məxfi Fikir” qəzetinin təsisçi və baş redaktoru:

Həsənov Ruslan Şamməd oğlu

Tel.: 070-200-33-85;  050-244-48-19