HEYDƏR ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCANIN DÖVLƏTÇİLİK İDEOLOGİYASIDIR

890

HEYDƏR ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCANIN DÖVLƏTÇİLİK İDEOLOGİYASIDIR

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan daha böyük uğurların müəllifi kimi adını dünya tarixinə yazdıracaqdır.

İlk növbədə ona görə ki, Azərbaycan üçün əsas fərqləndirici xüsusiyyətlərdən biri sözügedən sferada yaşanan tərəqqinin dinamik və davamlı xarakter daşıması, kifayət qədər möhkəm özüllər üzərində qurulmasıdır. Bu, qarşıdakı dövr ərzində Azərbaycanın qət edəcəyi iqtisadi tərəqqi yolunun yenə möhtəşəm uğurlarla müşayiət olunacağını, ölkəmizin daha böyük nailiyyətlərə imza atacağını şərtləndirən əsas amillər sırasında yer alır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan bir neçə ildən sonra inkişaf etmiş ölkələrin sırasına daxil olmağa iddialıdır. Respublikanın malik olduğu mövcud potensial Azərbaycanın iqtisadi inkişaf statusunun dəyişməsinə və onun inkişaf etməkdə olan ölkələr sırasından inkişaf etmiş dövlətlər kateqoriyasına daxil edilməsinə imkan verir. Bu gün Azərbaycan iqtisadi cəhətdən özünü təmin edən ölkələrdən biridir və ərazi bütövlüyünün pozulmasına, təcavüzə məruz qalmasına, 1 milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, hər hansı xarici yardıma ehtiyac duymur. Əksinə, ölkəmiz tədricən donor dövlətə, beynəlxalq miqyasda aparıcı investorlardan birinə çevrilməkdədir. Azərbaycan həm də о azsaylı ölkələrdəndir ki, enerji və nəqliyyat təhlükəsizliyini uğurla təmin etməyi bacarmışdır. Bütün bunların fonunda ölkədə insanların yaşayış səviyyəsinin daim yüksələn xətt üzrə inkişafı, sosial proqramların uğurla icra olunması, maaş və pensiyaların vaxtaşırı artırılması, bu sahədə görülən digər tədbirlər iqtisadi inkişafin həm də vətəndaşların həyatında öz təcəssümünü tapdığını göstərir.

Qarşıya qoyulan hədəflərə nail olunması üçün görülən işlərin miqyası genişləndirilməkdə, innovativ metodlardan istifadə olunmaqda, intensiv üsulların tətbiqinə diqqət daha da artırılmaqdadır. İstər sənaye, istər kənd təsərrüfatı, istərsə də yeni istehsal sahələrinin yaradılması və bu zaman qabaqcıl elmi texnologiyadan istifadəyə xüsusi diqqət yetirilməsi isə iqtisa­di inkişafda keyfiyyət amilinin daim ön planda tutulmasını təmin edən əsas amillərdən birinə çevrilmişdir. Bazar iqtisadiyyatı üçün səciyyəvi olaraq qanunvericilik bazasının daha təkmil hala gətirilməsi, müəssisələrin təsərrüfat fəaliyyətində sahibkarlıq subyektlərinə geniş imkanlar verilməsi, mülkiyyətin çoxnövlüyünün təminatı, qiymətlərin, eləcə də xarici ticarətin liberallaşdırılmasına yol açan institusional islahatlar yeni inkişaf mərhələsində Azərbaycana böyük uğurlar qazandıracaq müvafiq bazanın formalaşmasında zəruri rol oynamışdır.

Son illər ölkədə əldə olunmuş dinamik inkişaf Azərbaycanın sosial-iqtisadi həyatında özünəməxsus çəkiyə malik olan Sumqayıt şəhərinin simasında da aydın müşahidə olunur. Gənclər şəhəri sayılan Sumqayıt bu gün həm də möhtəşəm abadlıq və quruculuğun, yenidənqurma işlərinin əsas ünvanlarından birinə çevrilmişdir. Uzun illər boyu Azərbaycanın əsas sənaye mərkəzi olaraq qalan Sumqayıtın qısa zaman kəsiyində həm də geniş quruculuq məkanına çevrilməsinin ən başlıca səbəblərindən biri Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısıdır.

Hümmətov Ramiz Kamran oğlu

Xəzər rayonu, Binə qəsəbəsi

31 saylı dövlət notariat kontoru

Baş direktor Hacı Ruslan

Tel 070 200 33 85,  050  244 48  19