Elina bizi qoyub getdi yana-yana!

499

Bia.az İndi bütün ölkə Elina faciəsindən danışır

Bu mövzunu  qələmə alarkən  Ulu öndər Heydər Əliyevin bir nəsihətnaməsi  yadıma düşdü:

“Bir hadisənin qarşısını vaxtında almaq, o hadisə baş verəndən sonra onun törətdiyi nəticələri aradan qaldırmaqdan daha asandır”. Yeniyetmə Hacıyeva Elina balamızın intiharı bir insan olaraq, vətəndaş olaraq  yazar jurnalist olaraq mənim də qəlbimdə dərin bir kədərli iz buraxdı. Öz-özümə sual edirəm nə üçün belə oldu, niyə bu hadisə baş verdi, duymadıq, yazmadıq? Bəlkə elə bir qələm əhli kimi “Məktəb” qəzetinin redaktoru kimi, mənim də hamılıqla indi bar-bar bağıran sosial şəbəkələrdə ağa qara deyən, qaraya ağ  deyən bu dövlətin  firəvanlığını gözü götürən və gözü götürməyən  insanların  da günahı var.

Yoxsa ki, baş verən bu hadisə elə Elina balamızın bir taleh yazısı, alın yazısı idi. Fikir bir yana gedir, iman bir yana, dedi-qodular da kəsilmir. İndi hadisə  olub artıq Elina  balamızı geri qaytarmaq mümkün  deyil.  Elə haqqında cinayət işi  qaldırılmış ev dustağı  elan olunmuş 162 nömrəli məktəbin direktoru Sevinc Abbasovanın  da halına acımamaq olmur. O da istəməzdi  bu hadisə baş versin. Məktəb direktorunu da indi  yetişdirmək elə asan iş deyil. Yəqin ki, yaxşı təhsil işçisi olduğu üçün Nazirlik tərəfindən irəli çəkilib direktor təyin edilmişdir. İşlədiyi  müddətdə də Təhsil Nazirliyi tərəfindən heç bir narazılıq və xəbərdarlıq almamışdır. Elə bir şey olsaydı yəqin ki,  bu məsul işdə onu saxlamazdılar. Bax belə buda qəza və qədəriymiş. Elina balamızla bərabər bir könlü təhsil işçimizi də itirdik…!

Mən buna qəza, qismət deyirəm, Allah hamımıza səbr versin. Elina balamız bir cənnət quşu idi, uçub getdi cənnətə haqq evinə, Sevinc xanımın isə günahı oldu, olmadı həmişə bu hadisənin  açısını çəkəcək, özünü günahkar ssayacaq, diriykən özünü ölü sayacaq. Axı hər şeydən əvvəl o da bir anadır, müəllimdir, onun da övladları var. Ey insanlar imanlı olun, mərhəmətli olun, İmanı da, mərhəməti də göydən Allah tərəfindən mələklər endirib bizə, gəlin ona riayət edək.

Bəs kimdir Elina balamızın bu hadisəsində günahkarı  özüm-özümə sual edirəm. Və bu vaxt məşhur “Onu bağışlamaq olarmı?… kinosu yadıma düşür:”  Bəlkə elə günahın hamısı haqsız yerə sürükləndiyimiz  müharibədir…!

Lakin indi sosial şəbəkələri  izlədikcə dəhşətə gəlirəm, elə bil ki, qara qüvvələrin əlinə bir  girəvə düşüb. Kimin kimdən  xoşu gəlmir başlayıblar qarayaxmalara, yalanlar, şantajlar nəyə lazımdır bu işlər, kimə lazımdır…? Bu işdə heç bir günahı olmayan insanlara  qarşı heç bir dəlil, sübut olmadan onları  günahlandırmaq, onların qəlbini qıraraq, psixoloji təsirlər edən şəxslər fikirləşmirlər ki, Elina  balamızın ruhunu incidirlər.

Bu sətirləri yazarkən  göz yaşlarımı saxlaya bilməyirəm, axı nəyi nə ilə manimulyasiya edirsiniz, (deyirlər kişilər ağlamaz) Çünki olan bizə oldu, o tək ata-anasının balası deyildi, həm də bu xalqın balası idi. Allah rəhmət eləsin, qəbri nurla dolsun.

Elina balamızın ata-anasına dərin hüznlə ailəmiz  adından və həqiqi qələm sahibləri  adından dərin hüznlə baş sağlığı verirəm. Deyirəm ki, başın sağ olsun, Vətən!

İndi bu hadisə haqqında bütün ölkə  danışır və istintaq gedir. Prezidentimiz və birinci Vitse-prezidentimiz də bu işi xüsusi sərəncama götürüblər.  Söz yox ki, hər şey şəffaf olacaq.

Yuxarıda qeyd etdiyim kimi, bu hadisə ilə bağlı  bütün  sosial şəbəkələri izləyirəm və izlədikcə  həyatdan nakam getmiş  bir qızcığazın  faciəsindən istifadə edək insanlara qarşı yalan, böhtan rəylər verirlər. Bu anda fikirləşirsən ki, ilahi bu insanlar  bu əqidə ilə belə qarayaxmalarla  hara gedirlər. Heç Allahdan qorxmurlar!…

Elina məsələsində adı hallanan Səbail rayon İcra Hakimiyyəti başçısının  birinci  müavini  Xalidə xanım Bayramovanın  adının hallanması məni də bir araşdırmaçı jurnalist kimi  fikrimi cəlb etdi. Səbəb o idi ki, deyilənlər heç biri hüquqi  əsası yox idi, heç bir əsaslı  fakt ortaya qoyulmadığı  halda Xalidə xanımın  adı hallandırılır. Az çox istintaqdan  başı çıxan adamlar yaxşı bilirlər ki, bir insan  o işdə adını hallandırmaq  üçün o işdə suçun motivi olmalıdır. Sosial  şəbəkələrdən  eşitdiyim və oxudum sözlərin  heç birində Xalidə xanıma dair bu işdə heç bir motiv yoxdur ki, hətta onu mənən də günahlandırsınlar.

Məhz bunun üçün də öz eşitdiklərimi də  oxuduqlarımı da  bir yana qoyub bir şifahi jurnalist araşdırması apardım ki, görüm həqiqət  nədir. Düz üç gün Səbail rayonu ərazisində oldum. Sadə insanlardan tutmuş kamxoz işçiləri, icra hakimiyyətinin  işçilərinə qədər, siravi  müəllimlərə  hətta  əvvəllər  o məktəbdə  işləmiş müəllimlərdən  şagirdlərdən  həm hadisə haqqında, həm də Xalidə xanım  haqqında  sosioloji sorğu  keçirdim, məlumat topladım, müşahidələr  (məktəb ətrafında) etdim. Demək olar ki, vicdan deyib bir jurnalist araşdırması apardım. Görüşdüyüm insanların hamısı bu hadisənin  faciənin təsiri altında idi. Elə bil ki, bu işdə,  hamı özünü günahkar  sayırdı. İnsanlarda bu abu-havanı görəndə, qayğını görəndə  peşmançılığı görəndə adam qürurlanır ki, mənim  belə xalqım var.

Xüsusən Xalidə xanım Bayramovaya gəldikdə isə insanlar bu xanım haqqında o qədər ağzı dolusu xoş sözlər danışırdılar: – Onlar Xalidə xanımın  yüksək səviyyədə  savadlı, elmli-helmli, işgörmə qabiliyyətindən  insanlarla  çox mehriban  davranmasından, hər şeydən əvvəl gözəl bir insan olmasından icra hakimiyyətinə qəbula gedəndə onların hər vəchlə qayğısına  hörmətlə, izzətlə yanaşmasından problemlərin tez və operativ  həll olunmasında daima onlara yardımçı olduğunu dedilər. Ərazidə olan sadə insanların hamısı bir ağızdan Elina məsələsində Xalidə xanımın adının manipilyasiya edilməsini pisləyirdilər. Hətta adının hallanmasını istəməyən bir müəllim söylədi ki, biz o qədər çaşqınlıq içindəydik ki, elə bil hamımız şoka düşmüşdük, donub yerimizdə qalmışdıq, heç nə edə bilmirdik. Xalidə xanımın  məktəbə təcili gəlişindən sonra elə bil ki, hamımız  ayıldıq. O, tez və cəld bütün operativ tədbirləri  gördü, təcili yardım maşınını bir neçə dəqiqəyə gətirtdi. Əgər bu işdə bir suç varsa günah biz təhsil işçilərindədir. Xalidə xanımlıq burada nə var ki, sadəcə  o xanımın  yaxşı rəhbər  olduğu üçün  heç vaxt haqqı-nahaqqa vermədiyi üçün bəzi qara  qüvvələrin  ondan  xoşu gəlmir. Deyirlər girəvədir görək onu ləkələyə bilərikmi.

İlahi, bu əqidə ilə yaşayan insanlara nə deyəsən axı?!

Elina  balamızın bu ağır faciəsindən istifadə edib başqasının xoşbəxtliyini, xoşbəxt əməllərini heçə endirmək istəyirlər. Ancaq bir iş də var ki,  göydə Uca Tanrı, yerdə də Prezidentimiz və Birinci Vitse-Prezidentimiz heç vaxt  haqqı-nahaqqa  verməyirlər. Özü də bütün günü  xalqın yanındadılar! Elin gözü tərəzidir Xalidə xanım, sizi el sevir, el gücü, sel gücüdür. Ona görə də bu qarayaxmalar ilə məşğul olan adamların  qara əməllərini, qara sellər qara çuxura yuyub aparacaq. İnşallah…!

 

Qələmə aldı,

Surxay Şirvanoğlu,

“Məktəb” qəzetinin redaktoru

Tel: 050 477-86-92

 

P.S: – İndi bəzi məktəblərdə elə bir tendensiya yaranıb ki, müəllimə hörmət-izzət itib. Müəllim qorxusundan hətta şagird dərsini bilməyəndə belə, ağzını açıb şagirdə nə ağ, nə qara, bir söz deyə bilmir. Bu yazı vasitəsilə orta yaşlı insanlara yaş sinnisi 50-ni keçmiş həmkarlarıma səslənirəm. Axı, biz də şagird olmuşuq, tələbə olmuşuq, müəllimlərimiz bizi döyüblər, söyüblər də, amma heç vaxt valideynlərimiz məktəbə gəlib müəllimlərə hücum çəkməyiblər ki, niyə mənim övladımı döymüsünüz. Evdə də uşaq deyəndə ki, müəllim məni döyüb, valideynlərimiz bizi günahlandırıblar müəllim yaxşı edib. Ya dərsini bilməmisən, ya da ki, tərbiyəsizlik etmisən. Biz müəllim – valideyn münasibətlərini belə görmüşük. Hətta müəllimin günahı olsa belə, heç vaxt onu uşağın yanında müəllimin üzünə vurmamışıq. Bax, indi bizim faciəmiz bundadır. Gəlin hamılıqla müəllimə olan inamı, etibarı, hörməti geri qaytaraq.

Məşhur rus ziyalı-pedaqoqu Propopev hələ o vaxt deyirdi ki, təhsildə 80-90 % kişilər olmalıdır. Mən beş ildir durmadan mətbuatda yazıram ki, kişilər, məktəblərə qayıdın, lakin bu günə qədər səsimə səs verən olmayıb…