Qazaxda şəhid bulağına və Qarabaq qazisinə hörmətsizlik FOTO-VİDEO

726

Hörmətli oxucular!

Bundan əvvəlki yazılarımızda Qazax rayonunda yaşanan məmur özbaşınalığından danışmışdıq. Sakinlər bildirirlər ki, hazırki məmur xanımın məqsədi Qazax rayon İHB-na qarşı vətəndaşları narazı salmağa nail olmaqdır. Belə ki, Gülaya xanım rayon sakini Qənbər adlı şəxsi, o şəxsi ki, vətənin dar günündə canını vətən, xalq, torpaq ücün fəda edərək 5-6 il soyuq şaxtalı bir havada yagı düşmənimiz olan erməni faşistləri ilə qanlı döyüşlərdə qəhrəmancasına döyüşmüşdür. Vətəndaş hazırki icra başcısının qəbulunda olmuş və Qazax RİH-i başcısının tapşırıqı əsasında ki, Qənbər kimi oğulların evi təmir olunmalı və qəhrəmanımızın yaşayış tərzi yaxşılaşmalıdır . Lakin bu günə kimi onun göstərişi baxılmaz olaraq qalmaqdadır. Qənbər bəyin dediyinə görə dəfələrlə Qazax RİH-nin birinci müavini Məhəmməd Alıyevin, Tahir Musayevin və Gülaya Həsənovanın qəbulunda olsam da məni təhqir edərək oz iş otaqlarından qovdular.

Hörmətli oxucular!

Maraqlısı budur ki, Qənbər bəyin bizə müraciətindən sonra ona RİH-i başcısını müavini, yəni Tahir müəllimin təzyiqi olduqca kəskin şəkildə davam edib ki, jurnalistlərə niyə müraciət etmisən. Bütün bunlar barədə bizə Qənbər bəy məlumat verdi. Biz də öz növbəmizdə adı cəkilən müavinlə telefon əlaqəsi yaratdıq. Adı cəkilən icra məmuru özünü elə göstərdi ki. guya bütün bunlardan xəbəri yoxdur. Sonra Alıyevlə telefon əlaqəsi yaratsaq da o, məmur da bütün bu olanlardan, yəni cənab başçının tapşırığına hörmətsizlikdən və Gülaya xanımın Qarabağ döyüşçüsü qəhrəmanının xahişinə, onun yaşam tərzinə biganə qalmasından bixəbərdirlər. Bundan sonra bizim əlaqə tamamilə dayandı.

Hörmətli oxucular!

Bir faktı da nəzərinizə catdırım ki, adı cəkilən məmur xanım haçan soruşanda özünü vətənpərvər bir xanım kimi göstərir və qəhrəman öğulların və şəhid ailələrinin hər an yanında olmasını vurgulayır.

 

 

 

 

 

Ancaq bizdə olan bir cox məlumatlara əsasən Qazax rayonunda elə şəhid adı daşıyan bulaq var ki, elə bulağı hec düşmən adlandırdığımız erməni belə saxlamaz. Bu şəhid adına ən böyük hörmətsizlikdir . Belə şəhid bulağından biri də şəhid Fazil Süleyman oğlu Süleymanovun adını daşıyır. Oradakı natəmizlik və dağıntiya baxanda Gülayə, Tahir,Məhəmməd müəllim kimi məmurlardan ötrü şəhid olmağa dəyməz. Belə məmurlar xalqa, millətə, vətənə yox , öz şəxsi mənafelərinə qulluq edirlər. Biz öz növbəmizdə həm bizlərə olan müraciət əsasında Qarabağ döyüşçüsünün qəhrəmanından aldığımız müsahibəni, onun hazırkı yaşam durumunu, şəhidin adını daşıyan bulağın foto və video görüntüsünü, ən vacib məqam isə məmur xanımın yaşadığı ünvanı, yəni onun cah-cəlalla bəzədilmiş yaşayış evini sizlərə catdırmağı özümüzə borc bildik.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hörmətli oxucular!

Bizim İnformasiya-press.com sosial şəbəkəsində “Məmur özbaşınalığı Qazaxdan başlayır” yazısından sonra cumhuriyyət.az xəbər verir ki, Gülayə Həsənovanın adı rayonun məktəbəqədər uşaq müəssisələri və orta məktəblərinin kurasiyası işində yol verilən əyrintilərdə daha çox çəkilir. Onun uzun illərdir ki, bu vəzifədə çalışmaqla Qazaxın təhsil sahələrini tam nəzarətinə götürdüyünü vurğulayan məlumatlı şəxs bildirir ki, Gülayə Həsənova təxminən 10 il bundan öncə Rusiya Federasiyasında gül alveri ilə məşgul olub. Deyilənlərə görə, o, ticarətdən yetərincə gəlir əldə etdikdən sonra Azərbaycana geri dönüb və burada məsul vəzifəyə işə düzəlməyə çalışıb. İlk əvvəl o, paytaxt Bakıda şansını yoxlayıb. Lakin, Bakıda özünə müvafiq iş tapa bilmədikdən sonra Qazax rayonuna yollanıb. Rayon sakinlərinin bildir – diyinə görə, rayonun o zamankı icra başçısı Rauf Hüseynovun dəstəyini aldıqdan sonra Gülayə Həsənova indiki vəzifəsinə, Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri postuna gətirilib. Gülayə Həsənova rayonun deputatları Ülviyyə Ağayeva və Kamran Nəbizadənin himayəsinə arxalandığı üçün olduqca rahat şəkildə hərəkət edir. Qazaxın xanım müavini uşaq bağçalarında bazar açıb. Qazaxın uşaq bağçaları böyüklərin yem mənbəyi kimi xidmət göstərir. Rayonun əvvəlki icra hakimiyyəti başçısı bağçaları necə “tas” a oturdubsa, pulsuz uşaq qəbulu indi də həyata keçirilmir. Cahan.info-nun verdiyi xəbərə görə, Qazaxın 3 saylı körpələr evi-uşaq bağçası da bu mənada “nümunəvidir”. Məlumatı ilk yayan media xeberləri.aza deyilənə görə, valideynlər dəfələrlə get-gələ salınır. Bağçadan bildirilir ki, yer yoxdur və qəbul mümkün deyil. Amma, sonra tanış valideynlərdən öyrənib ki, uşaq bağçasında qeydiyyata alınmaq üçün müdirə Asiya Alhüseynovaya 50 manat çatmalıdır. Həmin pul tərbiyəçi Kəmalə Sanıyevanın əli ilə ödənilir. Bağça müdirəsinin rüşvətlə uşaq qəbulunun qaynagı isə Qazax RİH-nin olduğu deyilir. İcra başcısının müavin xanımının yaratdığı mühit bağçaları rüşvət yuvalarına çevirib. Ancaq, iş bununla bitməyib. 3 saylı bağçada təmir adı ilə pul yığmağa başlanılıb. Dövlətin büdcəsindən körpələr evlərinin təmirinə, qidalanma və digər xərclərə vəsait ayrılır. Amma, bağça müdirəsi bunu valideyinlərin cibindən çıxarır. Hətta, deyilənə görə, Qazax İcra Hakimiyyəti nümayəndələri əksər uşaq bağçalarında analoji işləri həyata keçirirlər.A.Alhüseynova qeyri-rəsmi çevrədə pulun təkcə özünə yox, yuxarıya da çatdığını deyərək gileylənib. Bundan başqa, bağçalarda tez-tez aparılan kadr dəyişikliyi uşaq psixologiyasına mənfi təsir edir. Daxil olan digər məlumatlarda isə, baxçalarda ayda bir dəfə iz itirmək üçün kadr dəyişikliyi aparıldığı deyilir. Sözü gedən sayt yazır ki, bacarıqlı kadrlar RİH başcısının müavini Gülayə Həsənəvanın təkidi ilə əsasız olaraq işdən kənarlaşdırılır, ixtisası olmayan, pullu adamlar bağçaya işə gətirilir. Bundan öncə avropa. info xəbər yaymışdı ki, ikinci Şıxlı kəndi 1 saylı uşaq bağçasının müdirəsi Sədaqət Rəsulova və tərbiyəçi Turan müəllimə işdən azad edilib. Məsələnin maraqlı tərəfi bundadır ki, həmin uşaq bağçasına müdirə həmin bağçada təmizləyici xadimə kimi çalışan Məhəbbət xanım təyin edilib. Müdirə vəzifəsinə təyin edilən Məhəbbət xanım isə işdən azad olunmuş tərbiyəçi Turan müəllimənin yerinə öz gəlinini işə götürüb. Qeyd edək ki, uşaq bağçaları İcra Hakimiyyətlərinin bazasında fəaliyyət göstərir. Məlumata görə, təmizləyici xadimə Qazaxın başçısının müavini Gulayə Həsənovanın təqdimatı ilə icra başçısı Rəcəb Babaşovun sərəncamı əsasında bağça müdirəsi təyin edilib. Gülayə xanımın fikrincə tibb texnikumunu bitirdiyi üçün onun bağça müdirəsi təyin edilməsində problem yoxdur. Cahan.info xəbər verir ki, Qazax şəhərində fəaliyyət göstərən uşaq bağçaları-körpələr evindəki acınacaqlı vəziyyətlə bağlı cumhuriyyət.az-a daxil olan məlumatlar da dediklərimizi təsdiq edir. Burada uşaqların və körpələri tərbiyəsi ilə məşgul olan 6 bağçadan yalnız 1-i müasir dövrün tələblərinə cavab verir.Hər il külli miqdarda bağçalara ayrılan vəsaitdən bağçada təkçə bir adda yeməyin adı məlumdur: “Sup”. Nahaq yerə demirlər ki, soyuq havada istilik yeməkdən vacibdir. Deyilənlərə görə, Gülayə Həsənovanın adı rayonun məktəbəqədər uşaq müəssisələri və orta məktəblərinin kurasiyası işində yol verilən əyrintilərdə daha çox çəkilir. Onun uzun illərdir ki, bu vəzifədə çalışmaqla Qazaxın təhsil sahələrini tam nəzarətinə götürdüyünü vurğulayan məlumatlı şəxs bildirir.

Bu mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.