İbtidai siniflərin yaz tətili başladı

513

BİA.az Bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayıb.

Tətilə mayın 1-də start veriləcək.

Tətil mayın 5-dək davam edəcək. Mayın 6-da dərs olacaq.

Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil – 15 sentyabr-26 yanvar; ikinci yarımil – 1 fevral-14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.