Bakıda F2-də növbəti zəncirvari qəza – daha 3 pilot yarışdan çıxdı (FOTO)

542

BİA.az Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışda daha bir zəncirvari qəza baş verib.

Pilotlar Nikita Mazepin (ART Grand Prix), Cordan Kinq (Motorsport) və Luka Qyottonun (UNI-Virtuosi) dönmə zamanı səkiyə çırpılıblar. Hər üç pilot mübarizəni yarımçıq dayandırıb.

Qeyd edək ki, Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışa start verilib.

Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə aparır.