39 yaşlı qadın 44-cü övladını doğdu, əri evi tərk etdi – FOTOLAR

585

BİA.az Uqandada yaşayan 39 yaşlı Məryəm Nabatanzi 44-cü övladını dünyaya gətirib.

Bu səbəbdən əri evi tərk edib. Məryəm 12 yaşında ərə gedib. Bu günə qədər 44 uşaq dünyaya gətirən 39 yaşlı qadın dörd dəfə üçəm, altı dəfə ekiz övlad dünyaya gətirib.

Məryəm 13 yaşında ilk əkiz övladlarını dünyaya gətirib və həkimə gedib.

Məlum olub ki, onun yumurtalıqları həddindən artıq böyükdür. Həkimlər hamiləlikdən qorunmaq üsullarını onun sağlamlığına zərər biləcəyi üçün tövsiyyə etməyiblər.

Nabatanzi 23 yaşı olanda artıq 25 övlad anası idi və yenidən həkimə gedib. Amma həkimlərin cavabı eyni olub.