Daha bir məktəbdə hadisə – Bu dəfə müəllimlər əlbəyaxa oldu

577

 

BİA.az Bakının elit kollecində müəllimlər arasında əlbəyaxa dava olub.

Hadisə ötən gün saat 15 radələrində Bakının Nizami rayonu, M.Əliyev küçəsi 17 ünvanda yerləşən “British school College”də işləyən müəllimələr – 1986-cı il təvəllüdlü Aidə Qiryət qızı Əsədova ilə Amerika vətəndaşı Coandra Hollis Conu arasında baş verib.

Münaqişə qadınların əlbəyaxa davasına çevrilib. Dava zamanı hər iki müəllim xəsarət alıb.

Baş verən dava barədə Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinə məlumat daxil olub.

Faktla bağlı polisin istintaq şöbəsində araşdırma aparılır.