10 milyonuncu sakinə görə bu gün atəşfəşanlıq və konsert olacaq

514

BİA.az Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə bu gün Bakıda bir sıra tədbirlər keçiriləcək.

Paytaxtın bütün rayonlarında ağacəkmə aksiyası, saat 17:00-da Bakı bulvarında konsert proqramı, saat 18:00-da Xəzər rayonu Heydər Əliyev parkında fləşmob keçiriləcək.

Axşam saat 21:00-da isə saat qülləsi yanında böyük atəşfəşanlıq olacaq.